359 ictimai iaşə obyektində yoxlama oldu, 6-na cərimə yazıldı - SİYAHI

img

19-04-2021 [19:00]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 359 ictimai iaşə obyektində 1 056 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Mürşüdov Camal Mürşüd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, N. Nərimanov küç., ev 2075 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mübariz İlyas oğluna məxsus restoran;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəs., Yesenin 81a ünvanında yerləşən, fiziki şəxs Həmidli Fəxrəddinə məxsus "Khalça" restoranı;

4. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus "Quzu Qabırğa" restoranı;

5. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Kərimov Əlmirzə Abdulla oğluna məxsus kafe;

6. Gəncə şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Tural Şahin oğluna məxsus kafe.


Digər xəbərlər
SON XƏBƏRLƏR