Borrell: "Rusiya ilə münasibətlər müsbət istiqamətdə inkişaf etmir"

img

19-04-2021 [17:51]


"Rusiya ilə münasibətlər müsbət istiqamətdə inkişaf etmir".

Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

"Ukrayna sərhədində vəziyyət, Rusiya qoşunlarının sərhəddə toplanması, atəşkəsin pozulması - bütün bunlar çox təhlükəli vəziyyətdir. Biz Rusiyanı öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə çağırırıq. Bütövlükdə Rusiya ilə münasibətlər müsbət istiqamətdə inkişaf etmir, əksinə müxtəlif cəbhələrdə gərginlik artır", - deyə C. Borrell bildirib.

Qeyd edək ki, bu gün Aİ ölkələrinin XİN başçılarının qeyri-formal görüşü keçirilib.

Onlayn formatda keçirilən görüşdə Navalnı məsələsi, Ukraynadakı vəziyyət və digər məsələlər müzakirə olunub.

Görüşə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da qatılıb. O, Aİ XİN başçılarına son vəziyyət barədə məlumat verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR