"Qarabağ"ın qapıçısı: "Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub"
19-04-2021 [16:06]
“Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ayılanda üzüm qan içində idi".
Bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının XXIII turunun "Səbail" komandası ilə oyununda aldığı zədə barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan millisinin qolkiperi hazırda özünü pis hiss etmədiyini bildirib: "Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək".
Hazırda müalicəsini davam etdirən Məhəmmədəliyev həmin epizodda ona xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçuların əlaqə saxlayaraq, maraqlandıqlarını diqqətə çatdırıb: "Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.
Qeyd edək ki, oyun zamanı top uğrunda mübarizədə Şahruddin Məhəmmədəliyevin üzü "Səbail"in hücumçusu Amil Yunanovun təpik zərbəsinə tuş gəlib. Nəticədə Məhəmmədəliyev görüşə davam edə bilməyib və yerini komandanın digər qapıçısı Emil Balayevə verib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb/Report.
"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama
Çempionlar Liqası: II turunun oyunları başlayır
Selcuk İnan: "Gərgin atmosferin nəticələrini dərhal yaşadıq"
Ərdoğan: "Trampın liderliyini təqdir edirəm"
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə - Xəbərdarlıq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"