ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

img

19-04-2021 [14:09]


Aytən Ağalarova,

Salyan rayon E. Ağayev adına Arbatan kənd tam orta məktəbin direktoru

***

İllərlə ümid və inamla gözlədiyimiz gün, nəhayət, Şanlı Ordumuz tərəfindən Azərbaycan xalqına bəxş edildi. Xalqımız qələbə sevincini qürur hissiylə yaşadı.

Doğrudur, qələbə sevinci içərisində şəhidlərimiz üçün axıdılan göz yaşları da vardır, lakin tək təsəllimiz 90-cı illərdən bəri verdiyimiz şəhidlərin qanlarının yerdə qalmaması idi... 

... İgid oğullarımız döyüş meydanlarında böyük rəşadət göstərib, qəhrəmanlıq səlnaməsinə imza atdılar. 44 gün davam edən bu haqq mübarizəsində qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirdilər. 30 il ərzində Ermənistan Qarabağda özünə döyüş hazırlığı üçün silah-sursat toplasa da Azərbaycan xalqının və dövlətinin iradəsinə qalib gələ bilmədi. Çünki, artıq xalq nə o 1990-cı ildəki xalq deyildir, nə də dövlət o zamankı kimi zəif və gücsüz idi. Azərbayacan Ordusu və dövləti bütün dünyaya nəyə qadir olduğunu sübut edərək, yeni tarix yazdı. Bütün döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri yüksək mənəvi keyfiyyət nümayiş etdirdi, bir əsgər və zabitimiz belə silahını yerə qoyub döyüş meydanından çəkilmədi, yaralanan əsgərlərimiz sağalıb yenidən döyüş meydanına qayıtmaq üçün əzm göstərdi. Amma Ermənistan ordusunun 10 minə yaxın fərarisi üzə çıxdı. Xalq, hakimiyyət və ordu baş-başa gəldi.

     Ali Baş Komandanımız, mübariz iradəli İlham Əliyevin "dəmir yumruğ"u sayəsində qazandığımız Zəfər əbədi qürurumuzdur. Bir daha təsdiqləndi ki, Azərbaycan Xalqı yenilməz xalqdır, Azərbaycan Dövləti məğlubedilməz və güclü dövlətdir. Ermənistan isə məğlubedilmiş və diz çökdürülmüş bir ölkədir. Dövlət hər zaman Ordu quruculuğunu prioritet istiqamət kimi hədəf seçmişdir, danışıqlar masasında prinsipiallıq nümayiş etdirilməsinə baxmayaraq, həmdə güclü ordu formalaşdırılırdı.

Son 17 il ərzində dövlətin əsas büdcə xərcləri hərbi xərclər oldu. Bir ölkədən aslı olmamaq şərti ilə bir çox ölkələrdən müasir hərbi texnika və silahlar alındı.

Bu gün artıq Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən araşdırılır. Sirr deyil ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və bir çox inkişaf etmiş ölkəkələrin hərbi ekspertləri İkinci Qarabağ müharibəsindəki Qələbəmizin sirrləri öyrənilir. Azərbaycan artıq 30 il öncəki Azərbaycan deyildir. Azərbaycan inkişaf etmiş və dünyada sözünü deyə biləcək bir ölkədir. Dövlət xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparır və beynəlxalq təşkilatlar tərəfindən dövlətimiz üçün faydalı olan önəmli qərar və qətnamələr qəbul edilir. Qələbənin təmin edilməsi artıq masa arxasında həll edilməyən danışıqlar deyildir. Bütün dünya gördü ki, Azərbaycan Ordusu yenilməzdir, Ali Baş Komanımızın iradəsi hər şeyə qadirdir. 

Bu gün İlham Əliyev bütövlükdə Qarabağda bərpa, quruculuq işlərinə start verib, böyük sevgiyə layiq Şuşamız Azərbaycanın mədəniyyət mərkəzi elan edib. Bütövlükdə Azərbaycan Zəfər içindədir! Zəfərin mübarək, Azərbaycan! 

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR