Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağrılıb

img

17-04-2021 [15:33]


Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağrılıb.

Bu barədə Ukraynaın Rusiyadakı səfirliyi məlumat verib.

Bildirilib ki,  müvəqqəti işlər vəkili Sankt-Peterburqda saxlanılan ukraynalı konsulla bağlı çağırılıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb. Ukrayna XİN diplomatın artıq buraxıldığını və geri çağrılacağını bildirib. XİN sözçüsü bunu Rusiyanın təxribatı adlandırıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 06.05.2021

Sabah yağış yağacaq