Azərbaycanda daha 2148 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

17-04-2021 [16:37]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 30 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583, bu günə qədər isə ümumilikdə 3 096 140 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı