Şəhid anası Prezidenti ailə üzvləri ilə birgə evinə iftar süfrəsinə dəvət edib

img

17-04-2021 [13:25]


Kürdəmirli-İkinci Vətən Müharibəsinin Şəhidi, eləcə də, Qazi və Əsgər anası Simuzər Əli qızı Bağıyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və ailə üzvlərinə evlərinə qonaq-iftar süfrəsinə dəvət edib.

Mia.az xəbər verir ki, bu haqda Etikxeber.az-a Şəhid anasının özü məlumat verib.

O, bunları deyib:

“Mən 3 övlad-3 oğul anasıyam…Oğlumun biri Mərahim hərbçi-zabit, Qazidir. İkinci oğlum Cəmil Həşimli İkinci Vətən Müharibəsinin İgidlərindən, Şəhidlərindəndir…

Üçüncü oğlum Cavid də bu gün Vətənin keşiyini çəkməkdə, əsgərlikdədir, həm də respublika çempionudur…

Hamı bizi Kürdəmirdə vətənpərvər ailə kimi tanıyır, bizə vətənpərvər ailə deyirlər…Övladlarımla, Şəhid Cəmilimlə qürur duyuram, fəxr hissi keçirirəm…Necə deyərlər, Şəhidlər ölməz, Vətən bölünməz!

Bir Şəhid, bir Qazi, bir Əsgər anası kimi, ölkə rəhbərinə, çox hörmətli Prezidentimizə, Qalib, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə müraciət edərək, onu və ailə üzvlərini evimizə qonaq dəvət edirəm…Bildiyiniz kimi, müqəddəs, 11 ayın sultanı olan Ramazan ayında, Ramazan günlərində yaşayırıq…Allah hər bir müsəlmanın Orucunu, dualarını qəbul etsin…Çox istərdik ki, bu əziz günlərdə cənab Prezidentimiz ailəsi ilə birlikdə bizim ailəmizə təşrif buyursun, bizləri sevindirsin…Onları iftar məclisində, iftar süfrəsində-evimizdə görməkdən məmnun, çox şad olardıq…Allah Dövlətimizi, Millətimizi, Ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun. Amin!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı