Rusiyadan ABŞ-a cavab həmləsi: 8 rəsmi şəxs "qara siyahı"ya salınıb

img

16-04-2021 [23:58]


Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 8 rəsmi şəxsini "qara siyahı"ya salıb.

Mia.az xəbər verir iki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas, baş prokuror Merrik Qarland, Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls, ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns, Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Raysın Rusiyaya girişi qadağan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 06.05.2021

Sabah yağış yağacaq