Azərbaycan yığması Yunanıstanı darmadağın etdi

img

14-04-2021 [21:14]


Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Məlumata görə, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb.

Bakı İdman Sarayındakı görüş yığmanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 3-cü dəqiqədə Fineo De Araujo vurub. 14-cü dəqiqədə qonaqların oyunçusu Qousis Panagiotis topu öz qapısından keçirib. 2 dəqiqə sonra İsa Atayev fərqi 3 topa çatdırıb. Görüşdə son nöqtəni isə 25-ci dəqiqədə Ramiz Çovdarov qoyub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran Azərbaycan millisi seçmə mərhələni qrup lideri kimi başa vurub. Yunanıstan yığması isə 1 xalla sonuncu olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA