AFFA türkdilli ölkələrlə Anlaşma Memorandumu imzalayıb
14-04-2021 [13:47]
Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar imzalanma tədbiri videokonfrans formatında təşkil olunub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir, Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Csanyi, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilbek Jaksıbekov, Qırğız Futbol İttifaqının prezidenti Kanatbek Mamatov, Türkmənistan Futbol Federasiyasının prezidenti Arslan Aynazarov, Özbəkistan Futbol Assosiasiyasının prezidenti Abdulsalom Azizov və Türk Şurasının baş katibi Bağdad Amireyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir.
AFFA-nın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib: "Hörmətli həmkarlar, əziz qardaşlar, dostlar! Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur. Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq.
Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunun imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”
Qeyd edək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Servet Yardımcı və baş katib Kadir Kardaş, Macarıstan Futbol Federasiyasının vitse-prezidenti Sandor Berzi, Qırğız Futbol İttifaqının vitse-prezidenti Dastanbek Konakbayev, Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti Ravşan İrmatov, Türk Şurası baş katibinin müavini Ömer Kocaman və layihə direktoru Ali Çiviler iştirak ediblər.
"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama
Çempionlar Liqası: II turunun oyunları başlayır
Selcuk İnan: "Gərgin atmosferin nəticələrini dərhal yaşadıq"
Ərdoğan: "Trampın liderliyini təqdir edirəm"
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə - Xəbərdarlıq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"