Salyanda maşın aşıb, 5 nəfər xəsarət alıb

img

11-04-2021 [17:11]


Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü  Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü  Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü  Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü  Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır/APA.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA