Ceyhun Bayramov İƏT baş katibi ilə mətbuat konfransında: "Ermənistanda revanşist əhval-ruhiyyə görürük" - “Bu kabus bitdi, amma bu, hələ işin yarısıdır"

img

08-04-2021 [21:03]


“Ermənistan tərəfindən revanşist əhval-ruhiyyə görürük ki, bu da onların yeni reallıqları qəbul etmədiklərini göstərir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır, ölkəmiz beynəlxalq hüququn bütün normalarını nəzərə alaraq Ermənistanla münasibətlərin normallaşmasına sadiqdir, lakin Ermənistan qeyri-konstruktiv mövqeyə sadiq qalmağa davam edir: “Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini nə Azərbaycana, nə də beynəlxalq təşkilatlara təhvil verməyib”.

****

“Qəbula və müharibədə qazandığı qələbəyə görə Azərbaycanı təbrik etmək istərdim”.

Bunu isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Prezidentlə görüşmək şərəfinə nail oldum və onu təbrik etdim. Şükür ki, bu oldu. Bütün İƏT adından sizi təbrik etmək istəyirəm. Burada həqiqətən tarix yazılıb. Bu, yalnız Azərbaycanın qələbəsi deyil, həm də müəyyən mənada bizim üçün qələbədir, çünki təşkilata üzv ölkələrdən biri ərazilərini geri qaytardı”, - o, bildirib.

“Bu kabus bitdi, amma bu, hələ işin yarısıdır. Geri qaytarılan ərazilərin bərpası üçün çox şey edilməlidir”, - Baş katib əlavə edib.

Onun sözlərinə görə, infrastrukturun bərpası heç də az əhəmiyyət daşımayan məsələdir və kollektiv səylər tələb edir, buraya beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu və İslam İnkişaf Bankı cəlb olunmalıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq