Azərbaycanda daha 2035 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

06-04-2021 [18:09]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 32 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA