İƏT nümayəndə heyəti Ağdam Cümə məscidində namaz qılıb - FOTO

img

06-04-2021 [13:09]


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.

Məlumata görə, nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.

Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib. Həmin ərazidə qonaqlar xatirə şəkili çəkdiriblər.

Daha sonra şəhər mərkəzinə yola düşüblər.

İƏT nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib, namaz qılıb, dualar ediblər/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA