“Rahat yatmıram, həmişə səksəkə içində yaşamışam..." - Kollektivlə vidalaşan Əhməd Əhmədzadədən maraqlı açıqlamalar

img

05-04-2021 [16:32]


"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib/Azpolitko.info.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.

1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA