Nikol Paşinyanın vəsatəti təmin olunmadı
05-04-2021 [14:22]
Ermənistanın İnzibati Məhkəməsi ölkənin baş naziri Nikol Paşinyanın nümayəndəsi Tatevik Saruxanyanın vəsatətini təmin etməyib.
Bu barədə məhkəmənin “Datelex” informasiya saytı bildirib.
Məlumata görə, Onik Qasparyan məhkəmənin yekun qərarınadək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində qalacaq.
Qeyd edək ki, martın 18-də vəkil Artur Ovannisyan O.Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirmişdi. Vəkil məhkəmənin saytında O.Qasparyanın şikayətinin təmin olunduğu barədə qərar yerləşdirildiyini deyib. A.Ovannisyanın sözlərinə görə, bundan sonra müvəkkilinin Baş Qərargah rəisi vəzifəsini qanuni olaraq icra etməsinə dair heç bir sual qalmayıb.
Martın 18-də Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirmişdi. Qeyd olunmuşdu ki, o, Baş Qərargah rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiqran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları “İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.
Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri “təhrif olunub”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik O.Qasparyan müavininin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.
Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.
O.Qasparyan isə baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət etmişdi.
Baş İdarə rəisi vəzifədən azad olunub - Gömrükdə daha bir dəyişiklik
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli oldu
Prezident İlham Əliyev Çində - FOTOLAR
Prezident yaxınlarına vəzifə verən başçını cəzalandırdı - Bəs Zaur Mikayılovu nə gözləyir?
Ukraynalı deputat güllələnib
Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşaq... - Meyit qalıqları ekshumasiya edilib
Sabah hava necə olacaq? - Proqnoz
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
Lerikdə əməliyyat: Sərdar Baxşıyev saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mikayıl Cabbarova yeni müşavir təyin olunub
“İş olan yerdə nöqsan da olur" - Töhmət alan icra başçısı danışdı
İCRA BAŞÇISI NİYƏ TÖHMƏT ALDI? - Özüylə rayona 5 nəfər aparıb və...
General Bəxtiyar Ersayın yerinə təyinat olub
Bako Sahakyanın ibtidai istintaqa ifadəsi yayıldı - Məhkəmə prosesi
MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Gənclər Liqası və U-17 Liqada 2025/2026 mövsümünün püşkü atılıb
Ölkəmizdə saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Şəbnəm Tovuzlu və aparıcı Rusiyaya buraxılmadı - 6 saat sonra geri qaytarıldılar (VİDEO)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Hellas Verona" heyətini gücləndirib
ANKLAV ƏRAZİLƏRİN GƏLƏCƏYİ NECƏ OLACAQ? - Bakı ilə Yerevanın həllini gözləyən daha bir mühüm məsələsi var (TƏHLİL)
Sergen Yalçın 7 oyunçunun göndərilməsini istəyir
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzalayıb
GÖMRÜK RƏSMİSİ TV-də YALAN DANIŞIB: "Buna hüquqi qiymət verilməlidir" - Sahibkar faktları sadaladı, ölkə rəhbərliyinə üz tutdu
Alejandro Qarnaço "Çelsi" ilə anlaşıb - 40 milyon funt sterlinq
Prezident İlham Əliyev "Qarabağ"a 5 milyon manat ayırdı - Sərəncam
Kerem Aktürkoğlu "Fənərbağça"ya transfer oldu - 25 milyon avro
Taylan Antalyalı "Rizespor"la müqavilə imzaladı
Nazir Vilayət Eyvazov 409 vətəndaşı qəbul edib, rəislərə tapşırıq verdi - 335 nəfər isə... (FOTOLAR)
İSRAİL QƏZZADA GENİŞ QURU ƏMƏLİYYATINA BAŞLADI: "HƏMAS burada "yox" ediləcək" - İki girovun meyiti aşkarlandı
“Qarabağ”ın duaya ehtiyacı var … - Təbriz VƏFALI YAZIR
"Fənərbağça" Kloppu komandanın Baş məqçi postuna gətirir
Məmmədalı Ağayevi Moskvada saxlayıblar (Yenilənib)
BQXK-nın Bakıdakı ofisinin bağlanacağı tarix açıqlandı
Şəhid Sumbat Əliyev dəfn olunub (Yenilənib)
Pul futbol oynamır... - Aydın Bağırov yazır
Yardımlıda əməliyyat: iki nəfər saxlanıldı
Kürdəmirdə şəhid Rizvan Hacıyev dəfn olunub
Metroda kimlərə güzəştli gediş haqqı veriləcək? - Gediş haqları ilə bağlı müzakirə başlayıb, "qiymət artımı"na cavab gəldi
Prokurorluqda iki şöbə yaradıldı - Kamran Əliyevdən təyinatlar
Tramp: "Vaşinqton 14 gün ərzində cinayətdən azad zona olacaq"
Qəzzada daha 27 mülki şəxs həlak olub
Sabah hava necə olacaq? - Proqnoz