Emin Əmrullayev: "Əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa..."

img

03-04-2021 [16:14]


"Sutkalıq 2 500 civarında yoluxmalar fonunda hansısa qərar verilməli idi. Bu qərarlar verilərkən əsasən, qısa, orta və uzun müddətli hədəflər və məqsədlər nəzərə alınıb".

Mia.az xəbər veirr ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, istənilən zaman Təhsil Nazirliyinin və məktəb rəhbərlərinin məqsədi şagirdlərin davamlı öyrənməsini təmin etməkdir: “Amma verilmiş qərarlarda əsas məqsəd şagirdlərin sağlamlığıdır. Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distlant təhsilə keçir. Bir müəllimin daha çox sinfə girməsi və daha çox şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır. Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacını yaradır. Bu səbəbdən də məktəblər distant təhsilə keçir. Biz martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumitəhsil məktəbinin fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində olduq. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub”, 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA