Şəhid ailələri və müharibə veteranları üzrə İşçi Qrupun iclası keçirilib - Nələr müzakirə olunub?
03-04-2021 [12:53]
Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclası keçirilib.
Mia.az xəbər verir ki, aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov dövlət başçısının tapşırığına əsasən şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını, əlaqədar məsələlərin daima diqqət mərkəzində olduğunu vurğulayıb.
Qeyd edilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib. 228 nəfər Vətən müharibəsi müharibə əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb.
Mühüm dəstək tədbiri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. 2021-ci ilin planı üzrə artıq 200 mənzil onlara verilib. Eyni zamanda, postmüharibə dövründə həmin kateqoriyalardan olan 5329 nəfərin məşğulluğu təmin olunub. Onlardan 4098 nəfəri özünüməşğulluq proqramına cəlb olunub.
2895 ailəyə, ümumilikdə şəhid ailələri üzvləri, müharibə əlilləri, veteranları və iştirakçılarından, habelə itkin düşənlərin ailə üzvlərindən ibarət 9 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib, onlardan bir qisminə ödənişsiz dərman verilib. Nazirliyin reabilitasiya müəssisələrində 500, Bakı Sağlamlıq Mərkəzində 88 hərbçiyə psixoloji yardım göstərilib. 511 müharibə əlilinə 2370 reabilitasiya vasitəsi verilib, 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Daha 12 hərbçinin müasir protezlə təmini üçün onlardan ölçülər götürülüb, mühərrikli təkərli oturacaqla təminata başlanıb. Ailə üzvlərindən əlilliyi olan 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb.
Səhiyyə Nazirliyi tərəfindən Buzovna qəsəbəsində istifadəyə verilən Reabilitasiya Mərkəzində 500 hərbçiyə tibbi reabilitasiya, o cümlədən 400 nəfərinə eyni zamanda psixoloji yardım göstərilib. Ümumən, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, fövqəladə hallar nazirliklərinin müəssisələrində 2731 nəfərə psixoloji yadım göstərilib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında psixoloji problemlərlə bağlı 1066 nəfər müayinə olunub.
TƏBİB-in tibb müəssisələrində yaralı hərbçilərə ixtisaslaşdırılmış tibbi yardım, habelə həmin müəssisələrdə 3492 nəfərə psixoloji yardım göstərilib. Şəhid ailəsi üzvləri, müharibə veteranları və iştirakçılarından ibarət 2172 nəfər müvafiq tibbi xidmətlərlə təmin edilib. Gənclər və İdman Nazirliyi Milli Elmi və Praktik İdman Tibbi və Reabilitasiya İnstitutunun əməkdaşları tərəfindən 177 hərbçiyə yardım göstərilib, 46 nəfərə fiziki və psixoloji reabilitasiya dəstəyi davam edir.
Mərkəzi Bank, “Azərsığorta” tərəfindən 13264 şəxsə sığorta ödənişi verilib, 1003 şəhidə aid 1720 kredit üzrə 7,9 mln. manatdan artıq məbləğdə borc öhdəliyi tam silinib. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditinin olduğu müəyyən edilmiş 83 şəhidin 3 484 643 manat kredit öhdəliyi Həyat Sığortası üzrə fəaliyyət göstərən 4 şirkət tərəfindən ödənilib. Şəhid ailəsi üzvlərinə aid 286 kredit üzrə 633 min manat borc öhdəliyi tam silinilib.
1 aprel 2021-ci il tarixinədək “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 16 milyon 718 min 386,33 manat vəsait 1210 şəhid ailəsi üzvü, 1424 yaralı və 3 itkin ailəsi üzvünün məişət şəraitinin yaxşılaşdırılmasına, 32 şəhid ailəsi üzvünün, 1 yaralının təhsil, 479 şəhid ailəsi üzvünün, 322 yaralı və 2 itkin ailəsi üzvünün istehlak kreditləri, 401 şəhid ailəsi üzvü və 97 yaralının tibbi xərclərinə yönəldilib.
İclasda Türkiyə və İsraildən dəvət olunmuş həkimlər tərəfindən yaralıların müayinələrinin aparılması, onların müalicəsi və protezlərlə təminatı, ağır yaralıların müalicə və əməliyyat olunması məqsədi ilə Türkiyəyə göndərilməsi sahəsində görülmüş işlər də qeyd edilib.
“YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 min manat dəyərində 4000 qutu Novruz sovqatları paylanıldığı bildirilib, digər dəstək istiqamətlərində görülmüş işlər diqqətə çatdırılıb.
İclasda işçi qrup tərəfindən görüləcək işlər müzakirə olunub və müvafiq tədbirlər üzrə təkliflər müəyyənləşdirlib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"