Şuşaya atılan “İskəndər M” raketinin görüntüləri paylaşıldı - VİDEO

img

02-04-2021 [23:45]


"Caliber” layihəsinin "YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.

Süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin "İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.

"Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, - deyə süjetdə bildirilib.

Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən  "Elbrus” və ya "Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.

Daha ətraflı "Caliber”in süjetində:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA