Rəsmi Kiyevdən Rusiya ilə bağlı bəyanat: “ABŞ rəhbərliyindən konkret addımlar gözləyirik”

img

02-04-2021 [19:25]


"Ukrayna Donbass, Luqansk bölgələrinin və Krım yarımadasının işğaldan azad edilməsi prosesində ABŞ-ın iştirakına ümid edir".

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Kyiv Post”a müsahibəsində deyib. 

“Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”, - deyə Ukrayna XİN başçısı bildirib.

O, ABŞ-ın bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. 

“Biz hələ də ABŞ rəhbərliyindən konkret və düzgün addımlar gözləyirik”, - deyə D. Kuleba əlavə edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR