Böyük Dəbilqə: Erməni idmançı cüdoçumuzla görüşə çıxmadı

img

02-04-2021 [16:36]


Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada Rusiya təmsilçisi David Karapetyanla üz-üzə gəlməli idi.

Erməni əsilli idmançı zədə səbəbindən görüşə çıxmaqdan imtina edib. Fətiyev 1/16 finalda Damian Stepiyen (Polşa), ardınca isə Din Gemeri (İsrail) yarışdan kənarlaşdırıb. Cüdoçu 1/4 finalda türkiyəli Vedat Albayraka məğlub olub.

Eyni çəkidəki Zelim Tçkayev 1/32 finalda Fetra Ratsimizivaya (Madaqaskar), 1/16 finalda isə Adnan Kılıca (Türkiyə) qalib gəlib, 1/8 finalda isə Məhəmməd Abdelalla (Misir) bacarmayıb.

Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA