İtaliya millisinin məşqçilər heyətində kütləvi yoluxma olub

img

01-04-2021 [14:10]


Futbol üzrə İtaliya millisinin məşqçilər heyətində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

İtaliya Futbol Federasiyası xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin Litva ilə oyunundan (2:0) sonra 4 nəfərin testi müsbət nəticə verib. Məşqçilərin adları açıqlanmayıb.

İddiaya görə, məşqçilərdən biri hələ Bolqarıstanla matçdan (2:0) sonra özünü pis hiss edib. İtaliyaya qayıtdıqdan sonra həmin şəxsin virusa yoluxduğu bəlli olub. Ardınca isə daha 3 nəfərdə infeksiya aşkarlanıb.

Qeyd edək ki, C qrupunda mübarizə aparan İtaliya millisi 3 turda aksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA