"Formula 1": Qran-pridə neçə nəfərin testi müsbət çıxıb?

img

30-03-2021 [14:50]


"Formula 1" üzrə Bəhreyn Qran-prisi üçün koronavirus testindən keçən şəxslərin sayı açıqlanıb.

Beynəlxalq Avtomobil Federasiyası xəbər verir ki, 22 - 28 martda sürücülər, komandaların üzvləri və işçilər üzərində 8 min 150 test aparılıb.

Onlardan 12-nin nəticəsi müsbət çıxıb. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, "Mercedes" pilotu Lüis Hemilton üzrə Bəhreyn Qran-prisinin qalibi olub. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA