Kremldən Baydenin Putinə dəvəti haqda açıqlama: "Müvafiq qaydada nəzərdən keçiriləcək"

img

29-03-2021 [15:58]


ABŞ Prezidenti Co Baydenin iqlim sammitində iştirakla bağlı Rusiya Prezidenti Vladimir Putinə dəvəti nəzərdən keçiriləcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

“Bu mövzu əlbəttə çox vacibdir və əgər rəsmi kanallardan artıq bu dəvət gəlibsə, o zaman müvafiq qaydada nəzərdən keçiriləcək. Prezidentin iqlim problemlərinə böyük diqqət yetirdiyini bilirsiniz. Bildiyiniz kimi, Rusiya Paris Konvensiyasının tərəfidir və ölkəmiz bu məsələdə çox məsuliyyətlidir və ardıcıldır”, - deyə D. Peskov bildirib.

O, ABŞ tərəfindən rəsmi bir dəvətin alınmasından xəbərdar olmadığını qeyd edib: “Bu dəvətin artıq rəsmi kanallar, diplomatik kanallar vasitəsi ilə göndərilib-göndərilmədiyini bilmirəm. Mən bununla mütləq maraqlanacağam”.

Xatırladaq ki, Ağ Ev daha əvvəl C. Baydenin V. Putini 22-23 aprel tarixlərində onlayn formatda keçiriləcək iqlim sammitinə dəvət etməsi barədə məlumat yayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:03 31.08.2025

Ərdoğan Çində - FOTO