Putinin sözçüsü: "Dövlət başçısı mənimlə tez-tez zarafatlaşır”

img

29-03-2021 [15:11]


Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremldə işləyən şəxslərin öz aralarında zarafat edib-etmədiklərinə aydınlıq gətirib.

“RİA Novosti” xəbər verir ki, o jurnalistlərin 1 Aprel Günü ilə bağlı suallarını cavablandırıb.

“Kreml administrasiyasında zarafat etmək qəbul edilir, dövlət başçısı isə mənimlə tez-tez zarafatlaşır”, - D.Peskov deyib.

Bununla belə, Kreml rəsmisi necə zarafatlaşdıqlarını izah etməkdən çəkinib: “İnsan kimi”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:03 31.08.2025

Ərdoğan Çində - FOTO