Deputat haqqında həbs qərarı verildi

img

28-12-2013 [15:47]


Türkiyənin Ali Məhkəməsi kürdlərin HDP partiyasının (keçmiş BDP) həmsədri Səbahət Tuncelə qarşı yerli məhkəmənin çıxardığı həbs cəzasını yekdil səslə təsdiqləyib. Bu o deməkdir ki, HDP-dən millət vəkili olan Səbahət Tuncel 8 il 9 aylıq həbs cəzası çəkməli olacaq. 

Musavat.com-un məlumatına görə, HDP-çi millət vəkili bu cəzanı hələ 2007-ci ildə almışdı. Həmin dövrdə Səbahət Tuncel həbsdəydi və üzərində PKK terror təşkilatının üzvü olmaqla bağlı istintaqa cəlb olunmuşdu. Ancaq sonradan BDP-nin vasitəsilə deputatlığa namizədliyi verilən Səbahət Tuncel millət vəkili seçilməklə həbsdən azad olunmuşdu. Bununla belə, İstanbul 10-cu Ağır Cinayətlərə dair Məhkəmə kürd millət vəkili ilə bağlı 8 il 9 aylıq həbs hökmü çıxartmışdı.

İndi həmin hökm Türkiyə Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Türkiyə qanunlarına görə, təsdiqlənmiş məhkəmə hökmü ölkə parlamentinə göndərilərək, məzmunu millət vəkillərinə oxunduqdan sonra Səbahət Tuncelin deputatlığı avtomatik olaraq ləğv edilmiş sayılacaq. Bundan sonra deputatlığını itirmiş Səbahət Tuncel həbs cəzasını çəkmək üçün məhbəsə girməli olacaq. Digər tərəfdən, üzərində 1 ildən artıq həbs hökmü olduğu üçün Səbahət Tuncel daha heç vaxt parlament seçkilərinə qatılaraq, millət vəkili seçilməyə iddia edə bilməyəcək.

müsavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA