ABŞ Ukraynanı hədələdi

img

06-02-2014 [01:18]


Əgər daxili-siyasi münaqişə güc yolu ilə həll edilərsə, ABŞ Ukraynaya iqtisadi və viza sanksiyaları tətbiq edə bilər. 

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett "Qromadske TV"nin (İctimai Televiziya) efirində bildirib.

Diplomat qeyd edib ki, Ukraynada demokratiya uduzarsa, iki tərəfli münasibətlər zərər görər. "Əgər birdən hansısa güc ssenarisi işə düşərsə, məsələn, fövqəladə vəziyyət elan edilərsə, yaxud Maydanı güclə təmizləməyə cəhd edilərsə, bu, bizim tərəfimizdən çox ciddi iqtisadi və viza sanksiyalarına gətirə bilər", - deyə Payett vurğulayıb.

O həmçinin əlavə edib ki, "Avromaydan"da güc işlədilməsinə dəxli olanlara qarşı artıq ABŞ tərəfindən ünvanlı sanksiyalar tətbiq edilib. Payett qeyd edib ki, hadisənin gələcək inkişafı Ukrayna prezidenti Viktor Yanukoviçdən asılıdır.

Ukraynada mitinqlər keçən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyada fasilə götürməsi səbəbindən başlayıb. Etirazçılar paytaxtda güc strukturları ilə toqquşub, müxalifətçilər isə bir neçə vilayət mərkəzini tutublar. Yanvarın 28-də isə hökumət istefaya gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA