DÇ-2022: Türkiyə və Latviya yığmalarının oyununa azarkeşlər buraxılacaq

img

28-03-2021 [20:52]


Türkiyə və Latviya yığmaları arasında martın 30-da baş tutacaq dünya çempionatının seçmə oyununa azarkeşlər buraxılacaq.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, İstanbulda Atatürk Olimpiya stadionundakı tribunaların 15 faizlik hissəsinə tamaşaçılar buraxılacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA