Tanınmış idmançı qəzada öldü

img

28-03-2021 [12:57]


Braziliyada bobsley üzrə milli komandanın keçmiş üzvü Odirley Pessoni vəfat edib.

Məlumata görə, Pessoni Rio-de-Janeyro şəhəri yaxınlığındakı Minasu ştatında motosikleti ilə qəzaya düşüb.

O, döngədə qarşıdan gələn avtomobillə toqquşub. Başı bamperə dəyən 38 yaşlı idmançı çoxsaylı sınıqlardan yerindəcə keçinib.

Qeyd edək ki, Odirley Pessoni 2014-cü il Soçi və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Braziliyanın bobsleyçi "dördlüy"ünün tərkibində çıxış edib. O, müvafiq olaraq 26-cı və 29-cu yerləri tutub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA