Dünya çempionatı: Monteneqro və Rusiya yığmaları qələbə qazandı

img

27-03-2021 [20:00]


Futbol üzrə 2022-ci dünya çempionatının təsnifat mərhələsində II tura start verilib.

Məlumata görə, günün ilk iki matçında qarşılıqlı qollar qeydə alınıb.

H qrupunda Rusiya Sloveniyanı qəbul edib. Qarşılaşma şimal qonşumuzun 2:1 hesablı qələbəsi ilə bitib.

Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib. Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb. Meydan sahibləri qələbə sayəsində 6-cı xalını qazanıb. Sloveniyanın isə 3 xalı var.

G qrupunda isə Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb - 4:1. Meydan sahibləri 6-cı xalını qazanıbsa, qonaqların xalı yoxdur.

G qrupu
18:00. Monteneqro - Cəbəllütariq - 4:1

Qollar: Fatos Baçiraj, 26. Marko Simiç. Zarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 - Ris Stayç, 30 (p)

H qrupu
18:00. Rusiya - Sloveniya - 2:1

Qollar: Artyom Dzyuba, 26, 35 - Yosip İliçiç, 36


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA