Misirdə iki sərnişin qatarı toqquşdu: 32 nəfər ölüb, 108 yaralı var

img

26-03-2021 [20:15]


Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

 TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə zamanı 32 nəfər həlak olub. Nazirliyin sözçüsü Xalid Muqahed qeyd edib ki, hadisə yerinə 74 təcili yardım maşını cəlb edilib.

Misirin Baş Prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, qəza ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

Hər iki qatarın maşinistləri saxlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:03 31.08.2025

Ərdoğan Çində - FOTO