Bakıda qadınların çantalarını oğurlayan şəxs saxlanılıb

img

26-03-2021 [14:24]


Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA