İran İsrailin yük gəmisini raket atəşinə tutub

img

25-03-2021 [21:18]


İsrailin “XT Management” şirkətinə məxsus yük gəmisinə İran tərəfindən atılan raket nəticəsində zərər dəyib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb.

Qeyd olunub ki, hadisə Ərəbistan dənizində baş verib və gəminin ekipaj üzvü xəsarət almayıb.

Gəmi Tanzaniyadan Hindistana gedirmiş və hücumdan sonra hərəkətinə davam edə bilib. Artıq gəmi sahibi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb. Gəmiyə dəyən ziyan limana gəldikdən sonra məlum olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:03 31.08.2025

Ərdoğan Çində - FOTO