Ərdoğan yenidən AKP sədri seçilib

img

24-03-2021 [17:17]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

Mia.az xəbər verir ki, Ankaranın İdman Kompleksində keçirilən qurultayda AKP sədri, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hesabatdan sonra Ərdoğan yenidən AKP sədri seçilib.

Ona 1428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi olmayıb.

Bundan başqa partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 03.09.2025

Sabah yağış yağacaq