FİFA-nın sabiq prezidenti cəzalandırılıb

img

24-03-2021 [16:01]


FİFA-nın sabiq prezidenti Yozef Blatter cəzalandırılıb.

Mia.az xəbər verir ki, sabiq prezident haqqında vəzifəsindən sui-istifadə etdiyi üçün 6 il 8 ay müddətinə futboldan uzaqlaşdırılma qərarı verilib. Üstəlik, o, vurulan zərərə görə bir milyon avro ödəyəcək. 

O, FİFA rəhbəri olan zaman maliyyə vəsaitlərini talan etməkdə günahlandırılıb.

Qeyd edək ki, Blatter 2015-ci ilin mayın 29-da keçirilən seçkilərdə növbəti dəfə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib. sonradan onun haqda araşdırma aparılıb, ciddi ittihamlarla üzləşib.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA