Sabiq icra başçısı koronavirusa yoluxub: "O, 5 gündür xəstəxanadadır..."

img

22-03-2021 [21:04]


Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri, Yasamal rayonunun sabiq icra başçısı Sahib Məmmədov koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə onun dostu, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat yayıb.

O bildirib ki, Sahib Məmmədov 5 gündür xəstəxanada müalicə olunur: "Çox dəyərli ziyalımız Sahib Mammadov 5 gündür ki, korona virusa yoluxub və xəstəxanadadır...".

Xatırladaq ki, S.Məmmədov bir çox dövlət quurmlarında yaradılan İctimai Şuranın üzvüdür. O, bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın sədri seçilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA