Anatoli Nuriyev millimizə qoşuldu

img

22-03-2021 [17:56]


Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.

Məlumata görə, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.

Forvard "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-da start götürəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA