Rusiyada qubernator rüşvət ittihamı ilə tutulub 

img

22-03-2021 [15:57]


Moskvanın Basman Məhkəməsinin qərarı ilə Penza vilayətinin qubernatoru İvan Belozertsev 31 milyon rubldan çox rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib. 

TASS-ın xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. 

Məhkəmə istintaqın Belozertsev barəsində 20 may tarixinə qədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib. Onun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib. 

Basman Məhkəməsinin hakimi Natalya Dudar qeyd edib ki, ev dustaqlığı şəklində həbs qətimkan tədbirinin seçilməsi Belozertsevin istintaq orqanlarına mane olmaq və dəlilləri məhv etmək imkanını istisna etməyəcək/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA