"Azsığorta" ASC-nin İdarə Heyətinin sədri dəyişib

img

19-03-2021 [16:53]


"Azsığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Natiq Namazov işdən çıxıb.

Məlumata görə, maliyyə qurumuna rəhbərlik Yusif Soltanovu həvalə olunub.

O, 2015-ci ildən "Azsığorta"da çalışır, 2018-ci ildən isə şirkətin İH-nin sədr müavini təyin edilib.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA