Avropa Liqasının oyunları: püşkatma mərasimi keçirildi - Qarşılaşmalar

img

19-03-2021 [16:28]


Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə əvvəlcə 1/4 finalın cütləri müəyyənləşib.

Püşkatmanın nəticələri:

1/4 final

"Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Slaviya" (Praqa, Çexiya)

"Ayaks" (Niderland) - "Roma" (İtaliya)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Yarımfinal

1. "Qranada" (İspaniya) / "Mançester Yunayted" (İngiltərə) cütünün qalibi - "Ayaks" (Niderland) / "Roma" (İtaliya) cütünün qalibi

2. "Dinamo" Zaqreb (Xorvatiya) / "Vilyarreal" (İspaniya) cütünün qalibi - "Arsenal" (İngiltərə) / "Slaviya" (Praqa, Çexiya) cütünün qalibi

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.

Final oyunu isə mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA