“Azərpoçt” MMC-nin baş direktoruna yeni müavin təyin olunub

img

19-03-2021 [15:35]


“Azərpoçt” MMC-nin baş direktoruna yeni müavin təyin olunub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, bu vəzifə İsi Mustafayevə həvalə olunub. O, vəzifəsinin icrasına martın 17-dən başlayıb. Bu təyinatla baş direktorun müavinlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, İsi Mustafayev 2000-2001-ci illərdə “Partner Investment” MMC-nin Reyestr və depozitarlıq departamentində iqtisadçı, 2001-2003-cü illərdə department direktoru vəzifələrində çalışıb.

2003-2016-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Bazar əməliyyatları şöbəsində Aparıcı iqtisadçı, böyük iqtisadçı, şöbə rəisi, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru vəzifələrində işləyib.

2016-2020-ci illərdə “AGBank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışıb.

2020-2021-ci illərdə “Rabitəbank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA