Şəhid və qazi ailələrindən olan 20 nəfərə Azərbaycan vətəndaşlığı verildi

img

18-03-2021 [17:12]


"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib".

Mia.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov  açıqlama verib.

O bildirib ki, əməkdaşları Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib: "Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA