Gürcüstanda daha bir neçə məhdudiyyət aradan qaldırılır

img

18-03-2021 [15:20]


Martın 19-dan etibarən Gürcüstanda restoranlarda canlı musiqinin ifasına icazə veriləcək.

Bu barədə qərar Gürücüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının toplantısında qəbul edilib.

Qərara əsasən, aprelin 1-dən uşaq əyləncə mərkəzləri və kinoteatrlar fəaliyyətlərini bərpa edəcəklər.

Şuranın digər qərarı ilə martın 28-də Gürcüstan və İspaniyanın milli futbol komandaları arasında keçiriləcək matça tamaşaçılar buraxılacaq. Azarkeşlər epidemioloji təhlükəsizliklə bağlı bütün qayda və tələblərə əməl etməli olacaqlar. Stadiona tamaşaçıların 30 %-i buraxılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR