Rəsmi Moskva: "Bayden Putin barəsində çox pis ifadələr işlədib, belə qənaətə gəlirik ki...”

img

18-03-2021 [14:30]


“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putin barəsində çox pis ifadələr işlədib”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 18-də C.Baydenin rusiyalı həmkarı V.Putin barədə dediklərinə münasibət bildirərkən söyləyib.

“Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”, - D.Peskov vurğulayıb/Report.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR