Qarabağ zonasına gizli yolla girmək istəyən daha 3 nəfər saxlanıldı - FOTO

img

18-03-2021 [10:22]


Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az- verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA