Türkiyədə HDP partiyası qapadılır: "Liderləri və üzvləri terror təşkilatının qolları kimi hərəkət edirlər"

img

17-03-2021 [20:12]


Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Türkiyə Konstitusiya Məhkəməsinə müraciət olunub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, ittiham aktı Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin tərəfindən hazırlanıb.

İttiham aktında HDP üzvlərinin bəyanatları ilə ölkəni parçalamaq məqsədi güddükləri qeyd olunub.

Bildirib ki, partiya lderləri və üzvləri PKKK terror təşkilatının uzantıları kimi hərəkət edirlər.

Xatırladaq ki, bu gün Türkiyə parlamenti HDP-li daha bir deputatın - Ömər Faruk Gergerlioğlunun mandatına xitam verilməsi barədə qərar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR