Rusiyada polis müstəntiqi və vəkil iri məbləğdə rüşvət üstə tutulublar

img

17-03-2021 [17:08]


Rusiya Baş İstintaq İdarəsinin Moskvadakı şöbəsi polis müstəntiqi və vəkili iri məbləğdə rüşvət aldıqları üçün tutub.

 TASS xəbər verir ki, məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

Bildirilib ki, polis müstəntiqi və Moskva Vəkillər Palatasının vəkii Tatyana Preminina “Svoya apteka” barəsində başlayan cinayət işinin dayandırılması üçün müəssisənin rəhbərliyindən 5 mln rubl (68 530 ABŞ dolları) rüşvət tələb ediblər. Müəssisə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Vəkil 1 mln rublu, müstəntiq isə 2 mln rublu alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR