Baş infeksionist: "Xroniki xəstəliyi kəskinləşənlər peyvənd vurdurmamalıdır"

img

17-03-2021 [15:21]


“Koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, birinci doza vaksin vurulduqdan sonra peyvəndə  qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz: "Bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz".

Onun sözlərinə görə, 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb: “Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib"/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA