Baş infeksionist: "Vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur"

img

17-03-2021 [15:11]


“AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır”. APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, bunun peyvəndlə bağlı olub-olmaması tam bilinmir: “Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”.

Onun sözlərinə görə, vaksinlər müxtəlifdir və hər istehsalçı insanı peyvəndin qoruma müddətini fərqli deyir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da tam məlumat yoxdur”.

İnfeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur: “Amma hər bir şəxs özü haqqında məlumat almaq üçün analiz verə, özünü yoxlatdıra bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA