İranda İlaxır çərşənbəsi şənliklərində ölən və yaralananların sayı artıb

img

17-03-2021 [13:33]


İranda İlaxır çərşənbəsi şənliklərində ölənlərin sayı 9-a, yaralıların sayı isə 1 894 nəfərə çatıb.

Bunu martın 17-də ölkənin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bildirib.

Onun sözlərinə görə, 131 nəfər müxtəlif bədən üzvlərini itirib, 527 nəfər gözündən yaralanıb və bəziləri hətta görmə qabliyyətini itirib, 228 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

O deyib ki, hadisələr əsasən, Şərqi Azərbaycan, Mərkəzi, Tehran və Kirmanşah əyalətlərində baş verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR